Biz..........................
Published by Cosinus under Olanlar..... on 5:56 PM
Yenə içərişəhərdə keçir günlərim.2 gün qalıb vidalaşmağa.
Lakada çikada günlər bir-birini əvəz eliyir.Elə mən də lakada çikada gülərək,vaxtımı keçirərək yola verirəm zamanı.
Elə bir çevrədəyəm ki sadəcə nitqlərdə keçən müxtəlif nicklərin beynimdə qalan tələffüzünü 1 kənara atıb hərbiriylə bir-bir görüşürəm.
Və hamısı tələffüzdən,təsəvvürdən fərqli olsa da məndə həyəcan yoxdu,tələsmək yoxdu,görüş üçün,istənilən şey üçün.
Artıq başa düşürəm insanların normal olaraq qurduğu əlaqələrin necə yarandığını,inkişaf etdiyini.
Hərşey normaldı ama heçnə biz kimi deyil.
Eyni yerdə çox maraqlı insanlarla.Onları da sevməyə başlamışam.Dəyərləri artır hər an.
Ama sanki bu normal dostluq içgüdüsünnən fərqli olmayacaq kimi gəlir mənə.
Içərişəhərin həmin taxta oturacaqlarında oturub ağzımnan tökülən zarafatvari sözlərə qulaq asanda onlar kimi mən özüm de bu gücü hardan aldığımı fikirləşirəm.
Içərişəhərdəki biz yadıma düşür.
Həəəəəə...Mən içərşəhərdəki biz üçün darıxıram deyəsən.Yavaş-yavaş.Elə yavaş ki bəzən hətta unuduram bunu.
Əslində içərişəhər dəyərli deyil,onun divarlarına hopmuş bizim gülüslərimiz,qısaca bütün hisslərimizdi.
Içərşəhərdəki bizdi.
Az qalıb görüşəcəyik................
0 yorum:
Post a Comment