Sonsuzlug........

Niniyim...Heyatdi da......

Bakının yağışı.....................................

Published by Cosinus under on 12:34 PM

Yağış yağır Bakıya.Sanki hər damla üstümü islatdığı üçün üzr istiyir.Aramla enir,yavaş enir xətrimə dəyməmək,məni narahat etməmək üçün.Ve onların alicənablığı,düşüncəliliyi sevindirir məni.
Zamanın durduğunu düşünərdim bəlkədə əgər domino oynayan yekə daydayların çırpdığı daşların səsi,1 də harasa tələsən maşınların şütüməsi səsini eşitməsəydim.
Bizə güvən sadəcə düşün özünçün,yada sal xatirələri deyirlər hamısı 1 ağızdan.
Bilmirəm İstanbuldaki damlalar da bu qədər düşüncəlidi ya yox.....Onlar da axtardığım harmoniyani və sevinci verər ya yox.......
Axır vaxtlar çox düşünməyə başlamışam Istanbulu.Daha doğrusu Istanbulumu,xəyallarımda gurduğum.............

0 yorum:

Post a Comment