1 balaca fəlsəfə və mən......
Published by Cosinus under Bana ait olanlar........ on 2:29 PM
Əslində həyatda yaşadığını düşünən insanlar bəlkə də bilmirlər ki əslində vakumdakı eşyadan başqa 1 şey deyillər.Onları hərəkətə gətirən sadəcə fikirləri,gərarları və hədəfləridi.
Istənilən 1 insan vakumda olan eşya kimi çəkisizlik şəraitində üzür.Əgər heç 1 fikri,hədəfi yoxdursa harasa getdiyini fikirləşir,ucsuz bucaqsız 1 ümmanda olduğunu düşünür,amma bilmir ki göz işlədikcə uzanan bu aləm sanki 1 kiçik akvariuma sığıb.Amma olduğu yer akvarium böyüklükdə olsa belə fərqi yoxdur.Çünki bu insan deyilən cisim hərəkətə meyl etmir və olduğu yerdə qalır.Ona verilən ömür gedir.Sonra isə parçalanır,bölünür.
Hər hansı 1 şey hakkında fikirləşən və ona can atan,sevgi duyan insan həmin şey tərəfindən çəkilir.Təbii ki istənilən nə gədər böyük olsa istəyən daha güclü çəkilir.Düzdür burada daha başqa 1 məvhum ortaya çıxır ki,bu da "Çekim Alanına" girməkdir.
Bu hadisə belə baş verməlidir:Insan hərəkət edir,1 böyük kütlənin çəkim alanına girir və onun tərəfindən çəkilir.
Təbii ki çəkim alanına girənə qədər ona 1 qüvvə təsir göstərməlidir.Əgər heç 1 qüvvə olmasa cisim çəkisizlikdə hərəkət etməz.Çabalamağın faydası yoxdur.
Bu qüvvəni yaradan nədir???
Yəni insana irəliləmə sürətini verən???
Bu duyulan nifrət,kin,mübarizə istəyi,hərşeyi dəyişmək çabasıdır.
Indi hadisəni 1 də gözdən keçirək:Insan 1 məqsədə çatmaq üçün onun hakkında fikirləşir.Ona doğru irəliləmək üçün düşüncə tərzinə tərs olana qarşı çıxır.Qarşı çıxdığı məvhum ona təsir göstərir və onu itələyir.Bunun nəticəsində o məqsədinə tərəf,yəni məqsədinə tərs olan şeylərə əks tərəf yol alır.Bunun nəticəsində irəliləyərək məqsəd deyilən kütlənin cazibəsinə qapılır və daha böyük güclə ona tərəf çəkilir və sonda......
1 neçə saat əvvəl,yəni saat 12 də həyətə düşüb 1 siqaret yandırdım.Aram-aram çəkirdim,səssiz və təbii nəysə düşünürdüm.Dostum gəlib belə gördü məni və.... Uzun söhbət elədik.
Qısaca gəldiyim nəticə bu idi:Məni istəyime doğru aparan qüvvə yoxdur.Çünki şiddətlə dəyişmək istədiyim,nifrət etdiyim hecnə yoxdu.Özüm də başa düşmədən hərşeyə sadəcə baxıram mən.Dəyişdirməyə çalışmıram heçnəyi,heçnədən narazı deyiləm,heçnəyi yeniləmək istəmirəm.
Əgər soruşsaz ki(dostum soruşdu) bu dəmir 4bucaqlıdır.O yumru olsa daha yaxşı olardı elə?
-Aha daha yaxşı olar.
-Ama 4bucaqlı pisdi heee?
-Bilmirəm,mənimçün fərqi yoxdu.
-Yumru daha yaxşıdı düzdü?
-Aha
-Onda deməli 4 bucaqlı daha pisdi elə?
-Yumru yaxşıdı amma 4bucaqlı bilmirəm necədi.......
Bu mənim cavabımdı.Çünki xoşagəlməzliklər məni narahat eləmir.Heçnəyi dəyişməyi fikirləşmirəm.Fərqi yoxdu yerdə yatıram ya ipək balışda. Buna o vaxt cavab verəbilərəm ki nə axtardığımı bilərəm.Indi isə tam bilmirəm nə axtarıram. Bilmədiyimçün müqavimət göstərmirəm.Deməli öz teoriyama görə irəliləmirəm.Yəni yerimdə çapalıyıram.
Və bunnan qorxuram........